Körpə ana qucağından yerə düşərək ÖLDÜ

 19:26 11.09.2025     606

Neftçalada bir yaşlı körpə ana qucağından düşərək ölüb.

Redaktor.az bu barədə report-a istinadla xəbər verir ki, hadisə rayonun II Qaralı kəndində baş verib.

İlkin məlumata görə, kənd sakini, 2001-ci il təvəllüdlü Allahverdiyeva Şəbnəm Etibar qızı qucağında olan əkiz uşaqlarından biri - 2024-cü il təvəllüdlü A.A.-nı əlindən yerə salıb. Nəticədə müxtəlif dərəcəli xəsarətlər alan körpə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən