Toydan qayıdan 4 polis ağır qəzada ÖLDÜ

 10:39 12.09.2025     939

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.

***

Sentyabrın 12-də saat 5 radələrində Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, BMW markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişin hadisə yerində vəfat ediblər.

Qeyd edək ki, qəzada həyatı itirənlərin hamısı polis əməkdaşlarıdır. Onlar toy məclisindən qayıdırmışlar.

Hadisənin yağıntılı hava şəraiti səbəbindən yolun sürüşkən olduğuna görə baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən