Sel suları Balakəndə körpünü dağıtdı - FOTOLAR

 15:55 14.09.2025     540

Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraitinin hökm sürməsi bir sıra fəsadlar yaradıb.

Redaktor.az "qafqazinfo"ya istinadla xəbər verir ki, Balakən rayonunun Gərəkli kəndi ərazisindən keçən Hunbul çayından səhər saatlarında sel keçib.

Sel çayın üzərində olan körpünün bir hissəsini dağıdaraq yararsız vəziyyətə salıb.

Nəticədə avtomobil və piyadaların gediş-gəlişi müvəqqəti olaraq dayanıb.

Hazırda aidiyyəti qurumlar ərazidə işlər aparır.


Vumart və Güvən reklamı Vumart Güvən