Sumqayıtda xəstəxana həyətindən 8 aylıq insan dölü TAPILDI - YENİLƏNİB

 18:45 14.09.2025     387

Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə 14.09.2025-ci il tarixində saat 14:20 radələrində mühafizə polisi tərəfindən ölü döl aşkar edilib.

Redaktor.az xəbər verir ki bu barədə Report-a TƏBİB-dən bildirilib.

Hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib.

Qeyd edək ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.

***

Sumqayıt Şəhər Uşaq Xəstəxanasının həyətində 8 aylıq qız uşağı dölü aşkarlanıb.

Redaktor.az “Report”a istinadən xəbər verir ki, dölün kimə aid olduğu və kim tərəfindən əraziyə atıldığı hələlik müəyyən edilməyib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

Döl aidiyyəti qurumlara təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən