Yük avtomobili azyaşlını vuraraq ÖLDÜRDÜ

 09:39 18.09.2025     214

Hacıqabulda yük avtomobili velosiped sürən 9 yaşlı uşağı vuraraq öldürüb.

Redaktor.az xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax magistralının rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Atbulaq kənd sakini, 2016-cı il təvəllüdlü M.V velosipedlə hərəkətdə olarkən onu yük avtomobili vurub. Azyaşlı aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən