Binəqədidə sexin döşəməsi çökdü - ÖLƏN VAR - YENİLƏNİB

 15:17 18.09.2025     378

Binəqədidə sexin döşəməsinin çökməsi nəticəsində baş verən ölüm faktı araşdırılır.

Redaktor.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, sentyabrın 17-də Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən müəssisələrdən birində tikişçi işləyən Güllü Qədiməliyevanın müəssisə binasının 2-ci mərtəbəsində istifadə olunmayan boş otaqların birinə daxil olarkən döşəmənin sınması səbəbindən sonuncunun binanın birinci mərtəbəsinə beton səthə yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

***

Bakının Binəqədi qəsəbəsi ərazisində yerləşən qənd sexinin taxta döşəməsi çöküb.

Redaktor.az xəbər verir ki, hadisə sentyabrın 17-si baş verib.

Çökmə nəticəsində orada xadimə işləyən Bakı şəhər sakini 1963-cü il təvəllüdlü Güllü Hüseyn qızı Qədimalıyeva yıxılaraq ölüb.

Araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən