Goranboyda qadın öldürüldü - şübhəli ƏRİDİR

 18:49 20.09.2025     1179

Goranboyda qətl hadisəsi baş verib. 

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb. 

Kənd sakini 1989-cu il təvəllüdlü İ.Tağıyeva bıçaqlanaraq qətlə yetirilib.

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində İ. Tağıyevanı kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, həyat yoldaşı 38 yaşlı Maşallah Əliyev saxlanılıb. Araşdırmalar davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən