Qaxda kişi qoz ağacından yıxılıb öldü
Qaxda kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, Qax rayonunun Çinarlı kəndində qoz çırpmaq istəyən Bakı şəhər sakini Nizami Şəkərəliyev ağacdan yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.













