6 yaşlı uşağa sistem vurulduqdan sonra öldü

 00:02 23.09.2025     249

Bərdədə 6 yaşlı uşağa evdə sistem vurulduqdan sonra ölüb.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, 2019-cu il təvəllüdlü Quliyeva Aylin Zaur qızına səhhətində yaranan problemlə əlaqədar ev şəraitində sistem köçürülüb.

Bir müddət sonra isə halı dəyişən uşaq Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin ilkin müayinəsi zamanı azyaşlının ölməsi faktı faktı qeydə alınıb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən