Zərdabda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən iki nəfər saxlanıldı

 10:32 24.09.2025     213

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Qoşaoba kənd sakini Ceyhun Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Redaktor.az-a verilən məlumata görə, ondan 3 kiloqram 500 qram marixuana aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər bir əməliyyat zamanı rayon sakini Salik Abdullayev də saxlanılıb. Adıçəkilən şəxsdən də satış məqsədilə qablaşdırılmış marizuan götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Vumart və Güvən reklamı Vumart Güvən