Müəllimləri daşıyan mikroavtobus aşdı - 15 yaralı - FOTO - YENİLƏNİB

 13:13 24.09.2025     710

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Gədəbəydə baş verən yol qəzası ilə bağlı açıqlama yayıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bu gün Gədəbəy rayonunun Maarif kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. İlkin araşdırmalara əsasən, “VAZ-21063” markalı minik avtomobili ilə “Daimler Benz” markalı sərnişin avtobusunun toqquşması nəticəsində avtobus aşıb.

Hadisə yerinə dərhal YPX əməkdaşları cəlb edilərək lazımi təhlükəsizlik tədbirləri görülmüşdür. Qəza nəticəsində avtobusda olan sərnişinlərdən üçü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Digər sərnişinlərə isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, sükan arxasında diqqətsizlik və yol hərəkəti qaydalarının pozulması ağır nəticələrə gətirib çıxarır. Hər kəsdən qaydalara ciddi riayət olunması tələb olunur.

***

Gədəbəydə baş verən yol qəzasında 15 nəfər xəsarət alıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir yolunda qeydə alınıb.

Xəsarət alanlar - M.Babayeva, İ.Məcidili, X.Əliyeva, N.Baxışəliyeva, İ.Məmmədova, U.Tağıyeva, İ.Babayeva, T.İsgəndərova, Ə.Məcidli, S,Kazımova, E.Vəliyeva və V.Bayramova tibbi yadıma edilib. Onlar Şəmkir və Gəncədə yerləşən xəstəxanalara təxliyə edilib.

***

Gədəbəyin Maarif kəndi ərazisində mikroavtobusla minik avtomobili toqquşub.

Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə zamanı mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Qəzada 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Mikroavtobusun Gəncədən Gədəbəyə gedən müəllimləri daşıdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

22
Vumart və Güvən reklamı Vumart Güvən