Binəqədi və Sabunçuda qızıl oğurlayan şəxslər saxlanıldılar

 11:36 25.09.2025     276

Binəqədi rayonunda evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə Redaktor.az-a DİN-dən məlumat verilib.

Zərərçəkmiş şəxs polisə müraciət edərək evindən 8500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı E.Rzayev müəyyən olunaraq saxlanılıb.

Analoji hadisə Sabunçu rayonunda da baş verib. Evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 26 yaşlı qadın da polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən