Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb OLUNDU

 10:43 27.09.2025     285

Şamaxı rayonunun Şəhriyar qəsəbəsi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Redaktor.az-a bildirilib ki, araşdırmalarla yanğının rayon sakini Fuad Səmiyev tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 1 hektar əkin sahəsi yanıb. 

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Vumart və Güvən reklamı Vumart Güvən