65 yaşlı kişi ağacdan yıxılıb öldü

 11:30 27.09.2025     260

Şəkinin Baş Layısqı kənd sakini bədbəxt hadisə nəticəsində ölüb. 

Redaktor.az xəbər verir ki, 1960-cı il təvəllüdlü Şirinov Allahyar Hümbət oğlu qoz ağacından yıxılıb.

Ağır xəsarətlər alan vətəndaş xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən