Biləsuvarda evdə 48 yaşlı kişinin meyiti tapıldı

 09:47 02.10.2025     242

Biləsuvar rayonunda bir nəfər evində ölü tapılıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 1-də Biləsuvar şəhəri ərazisində baş verib.

Rayon sakini 1977-ci il təvəllüdlü Sabir Qurbanovun meyiti yaşadığı mənzildə aşkarlanıb.

Meyit aidiyyəti üzrə təhvil verilib. Ölümün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən