Ağdamda 3 otaqlı ev yandı- Xəsarət alanlar VAR - YENİLƏNİB

 15:09 02.10.2025     351

Oktyabrın 2-də saat 00:20 radələrində Ağdam rayonunda baş verən yanğın səbəbilə 2 nəfər (qadın cinsli) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Məlumata görə, 1965-ci il və 2013-cü il təvəllüdlü şəxslərə üzün, əllərin, hər iki yuxarı və aşağı ətrafın I və II dərəcəli termiki yanığı diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri orta ağır qiymətləndirilən şəxslər Nərimanov Tibb Mərkəzinin nəzdindəki Respublika Yanıq Mərkəzinə təxliyə olunub.

***

Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 90 m² olan birmərtəbəli, 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 45 m² sahədə yanıb.

Redaktor.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən