Maşın elektrik dirəyinə çırpıldı - Kənd işıqsız qaldı

 22:43 04.10.2025     322

Tovuzda “Hundai” markalı avtomobil yüksək gərginlikli elektrik xəttinə çırpılıb.

Redaktor.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

Kənd sakini Sədrəddin İbrahimov idarə etdiyi "Hundai" markalı avtomobili işıq dirəyinə çırpıb.

Nəticədə, kəndinin enerji xəttində problem yaranıb. 

Faktla bağlı araşdırma başlanılıb.

İlkin məlumata görə, sürücünün vəziyyəti kafidir.

Vumart və Güvən reklamı Vumart Güvən