Zavodda təmir zamanı bədbəxt hadisə - Ölən var - YENİLƏNİB

 14:14 06.10.2025     604

Oktyabrın 5-də paytaxtın Qaradağ rayonu ərazisində yerləşən kərpic zavodunda təmir işləri apararkən 1996-cı il təvəllüdlü Əfqan Babayevin dam örtüyündən yıxılması nəticəsində ölməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.

Redaktor.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

***

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən saat 15 radələrində İsmayıllı rayon sakini 1996-cı il təvəllüdlü Əfqan Ədalət oğlu Babayev Sahil qəsəbəsinin ərazisində yerləşən Kərpic zavodunun dam örtüyünü təmir edərkən yıxılıb.

Hündürlükdən yıxılan gənc hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən