Ər arvadının boğazını kəsdi, sonra özünə xəsarət yetirdi - Şəmkirdə DƏHŞƏT - YENİLƏNİB

 11:26 07.10.2025     497

Şəmkirdə qətl hadisəsi zamanı ailənin övladı bıçaq xəsarəti alıb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, xəsarət alan şəxs 2009-cu il təvəllüdlü A.H. xəstəxanaya yerləşdirilib.

TƏBİB-dən bildirilib ki, oktyabrın 6-da saat 17:30 radələrində xəsarət alması səbəbilə 2009-cu il təvəllüdlü (kişi) şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Ona sağ əlin 4-cü barmağının və budun arxa səthinin kəsilmiş yarası, sol əlin 4-cü və 5-ci barmağının proksinol nahiyəsinin didilmiş-cırılmış yarası diaqnozu təyin edilib.

Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Hadisə nəticəsində 1984-cü il təvəllüdlü (qadın) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

***

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, Şəmkir rayon prokurorluğundan verilən məlumata görə, oktyabrın 6-da saat 18 radələrində Şəmkir rayonu Şiştəpə kəndi ərazisində 1984-cü il təvəllüdlü Röyalə Hacıyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1971-ci il təvəllüdlü Arif Hacıyevin bıçaqla xəsarətlər yetirməklə Röyalə Hacıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Arif Hacıyev rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

***

Şəmkirdə qətl hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini 45 yaşlı R.Hacıyeva ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda ölüb.

Məlumata görə həyat yoldaşı qadının boğazını kəsərək onu qətlə yetirmək istəyib. Hadisədən sonra qətli törədən şəxsin özünə xəsarət yetirdiyi bildirilir.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən