Göyçayda ölümlə nəticələnən yol qəzası baş verdi
Göyçay rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Redaktor.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ağakərim Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Göyçay şəhəri ərazisində hərəkətdə olarkən 41 yaşlı piyada Taleh Əliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.













