Polkovnik-leytenantın oğlunu öldürməkdə şübhəli bilinən şəxs təslim oldu - YENİLƏNİB - FOTO

 12:26 09.10.2025     657

Gəncədə qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, Gəncə şəhər prokurorluğundan bildirilib ki, oktyabrın 8-də saat 12 radələrində Gəncə şəhəri, Mahrasa bağı 94 ünvanında 2009-cu il təvəllüdlü C.Vəliyevin (şərti) ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2007-ci il təvəllüdlü B.Zamanovun (şərti) bıçaqla xəsarətlər yetirməklə C.Vəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

B.Zamanov könüllü gələrək polisə təslim olub və şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***

Gəncədə yeniyetməni qətlə yetirməkdə şübhəli bilinən şəxs polisə təslim olub.

Redaktor.az  APA-ya istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü Gəncə şəhər sakini R. Cəfərov polisə gedərək təslim olub.

Gəncədə yeniyetməni qətlə yetirən şəxsin kimliyi məlum olub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü V.R.-i 2007-ci il təvəllüdlü R.Cəfərov bıçaqlayaraq qətlə yetirib.

Hazırda hadisəni törədən şəxsin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

***

Gəncə şəhərində qətl hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, cinayət şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli bıçaqla qətlə yetirilib. Mərhumun 11-ci sinif şagirdi olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

2
Vumart və Güvən reklamı Vumart Güvən