TƏBİB-dən Əminə Yusifqızının vəfatı ilə bağlı açıqlama - YENİLƏNİB
Xalq artisti Əminə Yusifqızı ilə əlaqədar oktyabrın 9-u saat 14:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub.
Redaktor.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Bu zaman Xalq artistinin həkiməqədər ölüm faktı qeydə alınıb.
***
Xalq artisti Əminə Yusifqızı vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə “Report”a Xalq artistinin yaxınları məlumat verib.
Qeyd edək ki, sentyabrın 24-də Xalq artistinin 89 yaşı tamam olub.













