Gəncədə yaşayış binasında yanğın - YENİLƏNİB - FOTO
Gəncə şəhəri ərazisində yaşayış binasında yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə FHN-nin qüvvələri cəlb edilib.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, FHN-in Mətbuat xidmətindən bildirilib ki, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.
FHN qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
Partlayış dalğasının təsirindən 1989-cu il təvəllüdlü Qurbanov Elnur Nazim oğlu və 1963-cü il təvəllüdlü Nağıyeva Zərinə Abuzər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, İ.Cəfərov küçəsində yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, FHN-in Mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin qüvvələri cəlb edilib.
TƏBİB-dən verilən məlumata görə, bu gün saat 16:30 radələrində 1989-cu il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub. Bədənin II-III dərəcəli yanığı diaqnozları təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.
***
Gəncədə beşmərtəbəli yaşayış binasında yanğın başlayıb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə binanın beşinci mərtəbəsində qeydə alınıb.
Yanğından sonra partlayış baş verib. Nəticədə bir nəfər xəsarət alıb.
Hadisə Zarina Nağıyevaya məxsus 5 otaqlı (63 kvm) evdə baş verib.
Hadisə zamanı Elnur Qurbanov müxtəlif yanıq xəsarətləri ilə Gəncə şəhərindəki tibb müəssisələrindən birinə, oradan isə Bakı şəhərinə aparılıb.
Yanğın yerinə Fövqaladə Hallah Nazirliyinin (FHN) Gəncə Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.



















