Goranboyda yol qəzasında 3 nəfər xəsarət ALDI

 10:08 11.10.2025     320

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadən xəbər  verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ 21011" ilə "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər - 1981-ci il təvəllüdlü P.Quluzadə, 2015-ci il təvəllüdlü M.Quluzadə və 1987-ci il təvəllüdlü A.Musayev xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən