Hövsanda yaşayış binasında yanğın baş VERDİ
Bakıda yaşayış binasında mənzildə yanğın baş verib.
Redaktor.az FHN-nin Mətbuat xidmətindən verilən məlumata görə xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi MİDA 1 Yaşayış Kompleksində baş verib. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğın qısa müddətdə söndürülüb.













