Goranboyda iki yeniyetməni maşın vurdu - YENİLƏNİB

 20:32 12.10.2025     836

12.10.2025-ci il tarixində saat 17:40 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

TƏBİB-dən Redaktor.az-a verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin səthi travması diaqnozu təyin edilib.

Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

***

Goranboyda iki piyadanı maşın vurub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Goran Naftalan yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan"Priora "markalı minik maşını yolu keçmək istəyən 2011-ci il təvəllüdlü F.Qasımovanı və 2013-cü il təvəllüdlü N.Həsənovanı vurub.

Yeniyetmə qızlar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən