Məktəbli sinif yoldaşının atası tərəfindən döyüldü - YENİLƏNİB
Ötən gün saat 10:30 radələrində Tərtər rayonu Seydimli kənd tam orta məktəbində döyülmə hadisəsi səbəbilə 1 nəfər şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Redaktor.az xəbər verir ki, TƏBİB-dən bildirilib ki, 2008-ci il təvəllüdlü şəxsə baş-beynin silkələnməsi diaqnozu təyin edilib.
Pasiyent Bərdə rayonunda yerləşən özəl tibb müəssisələrinin birinə göndərişlə təmin edilib.
***
Tərtər rayonunun Seydimli kəndində məktəbdə insident baş verib.
Redaktor.az "Trend"ə istinadla xəbər verir ki, hadisə zamanı 2008-ci il təvəllüdlü Ayaz İsayev sinif yoldaşının atası – Bəxtiyar adlı şəxs tərəfindən döyülüb.
İlkin məlumata əsasən, A.İsayev bir müddət əvvəl sinif yoldaşı ilə mübahisə edib və aralarında dava olub. Daha sonra şagirdlər dərsdə olarkən həmin şəxsin məktəbə gələrək sinif otağına daxil olduğu və Ayaz İsayevə yumruqla xəsarət yetirdiyi bildirilir.
Zərbənin nəticəsində A.İsayevin burunu qırılıb. O, Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.













