“07”də xəsarət alan sürücü ÖLDÜ

 14:03 14.10.2025     249

Ağdaşda qəzada xəsarət alan gəncin həyatını xilas etmək mümkün olmayıb.

Redaktor.az xəbər verir ki, hadisə oktyabrın 12-də Ağdaş rayonunun Yenikənd kəndi ərazisində baş verib.

“Mercedes” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində “07”nin sürücüsü, 23 yaşlı Sərvan Hüseynov ağır xəsarət alıb. Sürücü aldığı xəsarətlərdən bu gün xəstəxanada ölüb.

Vumart və Güvən reklamı Vumart Güvən