Ramiz Quliyevin dəfn və vida yeri məlum oldu - YENİLƏNİB
Xalq artisti Ramiz Quliyev ilə vida mərasimi 16 oktyabr tarixində saat 11:00-13:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq.
***
Xalq artisti Ramiz Quliyev vəfat edib.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, bu barədə onun oğlu Əyyub Quliyev məlumat verib.
Qeyd edək ki, bir müddət əvvəl Xalq artisti Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi.













