Beyləqanda 26 kq marixuana və 2500-dən artıq metadon AŞKARLANDI

 15:44 15.10.2025     491

Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin Beyləqan rayonundan keçən hissəsində gizli saxlanc yerində gizlədilmiş külli miqdarda narkotik vasitələri götürərkən 23.09.1989-cu il təvəllüdlü Hüseynov Asif Vaqif oğlu saxlanılıb.

Redaktor.az-ın əldə etdiyi məlumata görə, 3 ədəd bağlamaya keçirilmiş baxış zamanı oradan 26 kiloqrama yaxın qurudulmuş marixuana və 2520 ədəd narkotik tərkibli M40 “Metadon” həbbləri aşkar edilərək götürülüb.

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən