Həbs olunmuş şəxsin Masallıda gizlətdiyi silah tapıldı - FOTO

 11:15 16.10.2025     192

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.

Ədliyyə Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, əməliyyat nəticəsində həbs olunmuş şəxs tərəfindən Masallı rayonu ərazisində dəmir yolunun yanında basdırılaraq gizlədilmiş 1 ədəd "Makarov" tipli tapança, 1 ədəd daraq və 4 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

2
Vumart və Güvən reklamı Vumart Güvən