Xaçmazda ağacların kəsilməsi araşdırılır
Xaçmaz rayonunun Nağı Oba və Kiçik Baraxum kəndləri ərazisində ağacların kəsilməsi faktı aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Redaktor.az-a verilən xəbərə görə, fakt üzrə Rayon Polis Şöbəsində prosessual araşdırma aparılır.
Araşdırmanın nəticələri ilə bağlı hüquqi tədbirlər görüləcək.














