İki həftə əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ÖLDÜ

 09:46 17.10.2025     204

İki həftə əvvəl maşınla vurulan piyada ölüb.

Redaktor.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.

Belə ki, 1964-cü il təvəllüdlü Mirhətəm Seyidov idarə etdiyi “Mercedes 208D” markalı avtomobillə hərəkətdə olarkən piyada, 1949-cu il təvəllüdlü Şirvan Ağayevi vurub.

Piyada xəstəxanaya çatdırılsa da, o, hadisədən iki həftə sonra müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən