Beyləqanda sirkədən zəhərlənən 13 yaşlı qız Bakıya təxliyə olundu

 15:12 17.10.2025     209

Beyləqanda 13 yaşlı qız sirkə turşusundan zəhərlənib.

Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, G.Quluzadə səhvən sirkə turşusu içib. Ailə üzvləri dərhal onu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən bildirilib ki, hadisə bu gün saat 08:00 radələrində baş verib. Zəhərlənmə şübhəsi ilə 1 nəfər azyaşlı (qadın) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

2012-ci il təvəllüdlü şəxsə dəqiqləşdirilməmiş yeyici maddələrin toksik təsiri diaqnozu təyin olunub.

Pasiyent ixtisaslı tibbi yardımın göstərilməsi üçün Bakıda Respublika Toksikologiya Mərkəzinə təxliyə olunub. 

Vumart və Güvən reklamı Vumart Güvən