Bakıda idman zalında insult keçirdi - Vəfat etdi
Bakıda idman zalında faciəvi hadisə baş verib.
Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dünən axşam saat 20 radələrində Nəsirəddin Tusi küçəsində yerləşən idman zalında qeydə alınıb.
Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Tural Yaşar oğlu Tapdıqzadə zalda insult keçirib. O, xəstəxanaya aparılarkən yolda vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, sentyabrın 29-u Əməkdar artist Cabir İmanov idman zalında qəfil vəfat etmişdi.













