Yuxarı Şirvan kanalında bir nəfər BATDI

 12:51 18.10.2025     260

Şirvan kanalının Sabirabad rayonundan keçən hissəsində 1 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Sabirabad rayonunun Surra kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən