Qəzaya uğrayan AZAL təyyarəsində yaralanan Zaqatala sakini vəfat etdi - FOTO

 13:19 18.10.2025     324

AZAL-ın Qazaxıstanın Aktau limanı yaxınlığında qəzaya uğrayan təyyarəsində yaralanan Zaqatala sakini Nurullah Siracov vəfat edib.

Redaktor.az lent.az-a istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat veriblər.

Bildirilib ki, o, bu gün səhər saatlarında yaşadığı evdə dünyasını dəyişib.

Xatırladaq ki, Nurullah Siracov 2024-cü il dekabrın 25-də həyat yoldaşı ilə birgə Qroznıda yaşayan oğlunun yanına gedirmiş. Qəza zamanı onların hər ikisi xəsarət alaraq, xəstəxanaya yerləşdirilmişdilər.

2
Vumart və Güvən reklamı Vumart Güvən