2 həftə sonra toyu olacaqdı, amma yası OLDU
Mingəçevirdə 19 yaşlı qızın meyiti asılı halda aşkarlanıb.
Redaktor.az “Qafqazinfo”nun əldə etdiyi məlumata görə xəbər verir ki , hadisə şəhərin Günəşli Bağlar adlanan ərazisində qeydə alınıb.
Belə ki, Ləman Bayramovanın meyiti yaşadığı evdə tapılıb. Məlumata görə, Ləmanın yaxın günlərdə toyu olacaqmış.
Hadisənin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.













