Xaçmazda kanalda bir nəfər BATDI

 15:14 19.10.2025     259

Samur-Abşeron su kanalının Xaçmaz rayonunun Alıcqışlaq kəndindən keçən hissəsində 1 nəfər batıb.

Redaktor.az xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən