Bakıda sərnişin avtobusu qəza törətdi - FOTO

 11:39 21.10.2025     327

Bakıda sərnişin avtobusu qəza törədib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Neftçilər prospektində baş verib.

Belə ki, "BakuBus" şirkətinə məxsus 99-JU-809 dövlət nömrə nişanlı avtobus idarəetməni itirərək bulvar ərazisinə girib. Hadisə zamanı yol kənarındakı işıq dirəyi aşıb.

Qəza zamanı avtobusdakı sərnişinlərdən xəsarət alan olmayıb.

 

22
Vumart və Güvən reklamı Vumart Güvən