Oğuzda yanğın törədən şəxs məsuliyyətə cəlb olundu

 11:27 23.10.2025     265

Oğuzda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Redaktor.az-a bildirilib ki, Oğuz rayonunun Top kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Araşdırmalarla yanğının rayon sakini T.Məmmədli tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 2 hektar əkin sahəsi yanıb.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Vumart və Güvən reklamı Vumart Güvən