Xaçmazda avtomobildə doğulan körpə öldü - YENİLƏNİB

 14:36 23.10.2025     399

Oktyabrın 23-də saat 11:00 radələrində 1985-ci il təvəllüdlü (qadın) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Redaktor.az xəbər verir ki, TƏBİB-dən bildirilib ki, ona vaxtından əvvəl doğuş diaqnozu təyin edilib.

Hazırda pasientin müalicəsi tibb müəssisəsinin Ginekologiya və doğum şöbəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.

***

Xaçmaz rayonunda xəstəxanaya gedərkən avtomobildə dünyaya gələn körpə ölüb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 1985-ci il təvəllüdlü X.A. doğuş üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən, körpə atomobildə dünyaya gəlib.

Sonradan ana və körpəsi Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, körpə ölüb.

Ana X.A. həkim nəzarətinə götürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən