Xaçmazda avtoxuliqanlıq edən sürücü həbs edildi

 10:43 27.10.2025     261

Xaçmazda avtoxuliqanlıq edən sürücü həbs edilib.

DİN-in Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, rayonda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən "VAZ-21099" markalı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kənan Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K.Nəbiyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib.

Vumart və Güvən reklamı Vumart Güvən