Rəşad Dağlı əməliyyat OLUNDU

 19:35 27.10.2025     302

Həbsdə olan tanınmış meyxanaçı Rəşad Dağlı əməliyyat olunub. 

Redaktor.az “Qafqazinfo”nun əldə etdiyi məlumata istinadla xəbər verir ki, əməliyyat tibb məntəqəsində həyata keçirilib. 

Meyxanaçının səhhətində yaranan müəyyən problem səbəbindən ona tibbi cərrahi müdaxilə edildiyi bildirilir. 

Məsələ ilə bağlı Rəşad Dağlının vəkili Elvin Əliyevlə əlaqə saxladıq. Vəkilin sözlərinə görə, Rəşad Dağlı tibbi müayinə olunub və onun əsasında kiçik bir cərrahi prosedur icra edilib:

“Hazırda səhhəti yaxşıdır, narahat olmağa əsas yoxdur”.

Vumart və Güvən reklamı Vumart Güvən