Bakıdakı qəzada ölən qadın tanınmış müğənni imiş - FOTOLAR

 10:32 31.10.2025     308

Ötən gecə 2002-ci təvəllüdlü S.Mehdizadə “Hyundai Elantra” markalı avtomobillə Dövlət Bayrağı Meydanının yaxınlığında yolu keçən 1988-ci il təvəllüdlü piyada Axundova Vlada Vladislavovnanı vuraraq ölümünə səbəb olub.

Redaktor.az-ın "Qafqazinfo"ya istinadən xəbərinə görə, faciəvi şəkildə ölən 37 yaşlı Vlada tanınmış müğənnidir.

O, bir sıra musiqi müsabiqələrində, eləcə də “Səs Azərbaycan” yarışmasında iştirak edibmiş.

Qeyd edək ki, faktla bağlı Səbail RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.
 


Vumart və Güvən reklamı Vumart Güvən