İsmayıllıda maşınlar toqquşdu - Ölən var

 11:32 02.11.2025     264

Dünən İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Buynuz kəndi ərazisində olub.

Belə ki, Vüsal Rubilzadənin idarə etdiyi “Kia” və Zeynəddin Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ”da olan sərnişin, 74 yaşlı Gülyaz Əliyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən