Nəqliyyat vasitəsini qaçıran şəxs saxlanıldı

 16:34 02.11.2025     256

Oktyabrın 28-də Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobil qaçırılıb.

DİN-in mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs avtomobili idarə edərkən saxlanılıb. Nəqliyyat vasitəsi sahibinə qaytarılıb.

Araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən