Vaxtından tez doğulmuş körpə evdə ÖLDÜ

 13:23 04.11.2025     259

Siyəzən rayonunda yeni doğulmuş körpə ölüb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, noyabrın 3-ü saat 06 radələrində 2025-ci il təvəllüdlü Tunar Ehtiram oğlu Yusifov yaşadığı Siyəzən şəhəri Xətai küçəsindəki evdə ölüb.

Bildirilib ki, körpə bir müddət əvvəl vaxtından tez doğulub və bu səbəbdən səhhətində ciddi problemlər yaranıbmış.

Araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən