Bakıda yaşayış binasında yanğın başlayıb - YENİLƏNİB
Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmənzilli binada baş verən yanğın söndürülüb.
Bu barədə Redaktor.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın genişlənilməsinə imkan verilmədən söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.
***
16:20
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinə, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmənzilli binada mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.
Redaktor.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə və digər zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Əlavə məlumat veriləcək.













