Astarada qəza 450 abonenti qazsız QOYDU

 17:57 09.11.2025     298

Astara rayonunda yol qəzası baş verib.

Redaktor.az "Unikal"a istinadən xəbər verir ki, hadisə Astara şəhəri, Z. Bünyadov küçəsində qeydə alınıb. 

Belə ki, həmin küçədə yük avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 110 mm-lik yeraltı qaz xəttinin çıxış hissəsi zədələnib.

Nəticədə Z. Bünyadov, Nizami və N. Orucov küçələrini əhatə edən ərazidə ümumilikdə 450-yə yaxın abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Vumart və Güvən reklamı Vumart Güvən